Paraqvaylı senator: "Bu çətin vaxtda Azərbaycanın yanındayıq"

Paraqvaylı senator: "Bu çətin vaxtda Azərbaycanın yanındayıq" "Günahsız insanlarının həlak olması ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.
Qarabağ
4109
21 Oktyabr , 2020 13:03
Paraqvaylı senator: Bu çətin vaxtda Azərbaycanın yanındayıq
Xuan Bartolome Ramires Brizuela
0 : 00
0 : 00

“Paraqvay Milli Senatının üzvləri olaraq Ermənistanın faşist hökuməti tərəfindən törədilən hücumlardan sarsılmış və dəhşətə gəlmişik. Günahsız insanlarının həlak olması ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.

Bu fikirləri Paraqvay Milli Senatının üzvü Xuan Bartolome Ramires Brizuela Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə hücumlarını “Report”a şərh edərkən deyib.

“Bu, İkinci Dünya müharibəsinin dəhşətli günlərini xatırladan mənfur hücumdur. Azərbaycan xalqına həmrəyliyimi, tam dəstəyimi ifadə etmək istərdim. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə törədilən bu faşistsayağı, qanlı, insanlıqdan uzaq hücumlar Avropa liderləri tərəfindən də pislənməlidir. Bu əməllər beynəlxalq birliyin hərtərəfli diqqətinə və qınağına hədəf olmalıdır. Biz paraqvaylılar da erməni terrorçuların liderləri tərəfindən göstərilən bu qəddarlıqdan dərin sarsıntı keçirdik. Onların mütəşəkkil cinayətkarlıqla əlaqələri getdikcə daha da əyani üzə çıxır”, – senat üzvü bildirib.

O vurğulayıb ki, bu çox çətin bir vaxtda biz Azərbaycanın yanındayıq: "Trans-Atlantik miqyaslı siyasi məsələlərdə, ilk növbədə çoxtərəfli diplomatiyanın başlıca platformları, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verməyə hazırıq”.

Son xəbərlər

Orphus sistemi