​Azərbaycan PA-nın şöbə müdiri: “Türk xalqının iradəsinə qarşı gedənlərə qarşı birləşməliyik”

Qarabağ
  • 11 dekabr, 2014
  • 07:45
​Azərbaycan PA-nın şöbə müdiri: “Türk xalqının iradəsinə qarşı gedənlərə qarşı birləşməliyik”

Bakı. 11 dekabr. REPORT.AZ/ “Xatırlayırsızsa, Ermənistanla Türkiyə sərhədlərinin açılması yenidən gündəmə gətirilmişdi. Baxın, ABŞ Avropa müttəfiqləri ilə birləşərək, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına cəhd göstərir, ikili standartlardan çıxış edirlər”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr ənənəvi mediadan internet mediaya keçid” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin Qarabağın işğalı ilə bağlı sərhədləri bağlaması türk xalqının iradəsidir: “Beynəlxalq qüvələr bilməlidirlər ki, xalqların iradəsinə qarşı getmək olmaz. Türk xalqının iradəsinə qarşı gedənlərə qarşı birləşməliyik. Buna görə də münasibətlərimizi daha da möhkəmləndirməliyik, bu, media əlaqələrində də özünü göstərməlidir”.