Osloda azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçirib

Osloda azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçirib Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib.
Qarabağ
1 Noyabr , 2020 19:32
Osloda azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçirib

Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, “CAN” Azərbaycan-Norveç təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada azərbaycanlılarla yanaşı, türk və Pakistan icmalarının nümayəndələri də iştirak edib.

Aksiyanın təşkilatçısı, “CAN Azərbaycan” təşkilatının rəhbəri Şərvin Nəcəfpur çıxış edərək Qarabağ həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdırıb, Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində törədilən terror aktlarının Ermənistanın təcavüzkar siyasətinin davamı olduğunu bildirib.

Aksiyada Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərini mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə atəşə tutması, bu faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib. Sonra terror qurbanlarının xatirəsi yad edilib.

Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,“Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və ölkəmizə dost münasibət bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar.

Türkiyənin Norveçdəki səfiri Fazıl Çormanın da qatıldığı aksiya Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi