Oqtay Əsədov: "Əsgərlərimiz böyük igidlik göstəriblər"

Oqtay Əsədov: "Əsgərlərimiz böyük igidlik göstəriblər" "Azərbaycan status-kvonun qalmasına razı deyil"
Qarabağ
5 Aprel , 2016 11:23
Oqtay Əsədov: Əsgərlərimiz böyük igidlik göstəriblər

Bakı. 5 aprel. REPORT.AZ/ "Azərbaycanın hər dəfə yüksək nailiyyəti olanda Ermənistan tərəfdən təxribatlarla qarşılaşırıq. Hər dəfə atəşkəsi Ermənistan ordusu pozurdu və bizim ordu cavab atəşi ilə onları susdururdu". "Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında deyib.

"Son vaxtlar ermənilər mərmilərdən atəş açmağa başladılar. Azərbaycanın da artıq səbri çatmadı. Bildiyiniz kimi, aprelin 1-dən 2-nə keçən gecə ermənilərin təxribatına cavab verərək güclü əməliyyat apardı. Erməni qoşunlarına bir daha öz yerini göstərdik. Azərbaycan ordusu bir daha öz gücünü göstərdi. Erməni ordusu hansı yüksəkliklərdən ki, bizim ordunu izləyirdi, həmin yüksəklikləri ələ keçirdik. Gərginlik bu gün də davam edir. Azərbaycan yüksəkilikləri aldıqdan sonra müvəqqəti olaraq atəşkəs rejimi elan edərək məsələnin öz həllini tapmasını istəsə də, Ermənistan tərəfi buna razı olmadı. Yenə də öz hücumlarını davam etdirdi. Ona görə də Azərbaycan XİN bəyanat yaydı ki, erməni qoşunları Dağlıq Qarabağdan çıxarılandan sonra biz hansısa danışıqlara gedə bilərik. Azərbaycan öz torpağında vuruşur", - O.Əsədov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan status-kvonun qalmasına razı deyil: "Azərbaycan əlindən gələni edəcək ki, Dağlıq Qarabağın azad olunması istiqamətində nəhayət ki, bir hərəkət başlansın. Beynəlxalq təşkilatlara artıq bir inam yoxdur. Yəqin ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək, əks halda, məsələnin sonrakı aqibətini gələcək göstərəcək. İstəyirəm ki, Azərbaycan ordusunu dəqiq əməliyyatına görə təbrik edək. Əsgərlərimiz böyük igidlik göstəriblər. Təbii ki, gərgin döyüş anında şəhidlərimiz də olub".

Son xəbərlər

Orphus sistemi