Oksana Altunyan: “Erməniləri və azərbaycanlıları Sülh Platformasına qoşulmağa çağırıram”

Oksana Altunyan: “Erməniləri və azərbaycanlıları Sülh Platformasına qoşulmağa çağırıram” O, Bakıda yaşadığı müddətdə heç zaman heç bir sıxıntı və ya etnik-milli ayrıseçkilik ilə qarşılaşmadığını deyib
Qarabağ
5 İyun , 2017 12:57
Oksana Altunyan: “Erməniləri və azərbaycanlıları Sülh Platformasına qoşulmağa çağırıram”

Bakı. 5 iyun. REPORT.AZ/ “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulan Oksana Altunyan iki xalq arasında sülh istəyən hər kəsi Sülh Platformasına qoşulmağa çağırıb.

“Report” xəbər verir ki, məlumatı Platformanın saytı yayıb. 

Məlumata görə, O.Altunyan “Ermənistan-Azərbaycan Sülh Platforması”nın həmkoordinatoru Orxan Nəbiyev ilə videomüsahibə edərək öz fikirlərini ictimaiyyətlə bölüşümək qərarına gəlib.

Videomüsahibə zamanı O.Altunyan onun Bakıda yaşadığı müddətdə heç zaman heç bir sıxıntı və ya etnik-milli ayrıseçkilik ilə qarşılaşmadığını, xalqlar arasında daim mehribançılıq və qarışılıqlı hörmət olduğunu vurğulayıb.

Həmçinin, müsahib “Ermənistan-Azərbaycan Sülh Platforması”nın fəaliyyətini dəstəklədiyini və sülh içində yaşamaq istəyən hər kəsi bu platformaya qoşulmağa çağırdığını bildirib.

Son xəbərlər

Orphus sistemi