Nümayəndəlik: Şimali Kipr vətəndaşları Azərbaycana kömək etməyə hazırdır

Nümayəndəlik: Şimali Kipr vətəndaşları Azərbaycana kömək etməyə hazırdır “Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi olaraq Ermənistanın qardaş Azərbaycana etdiyi təcavüzü pisləyirik”
Qarabağ
30 Sentyabr , 2020 11:07
Nümayəndəlik: Şimali Kipr vətəndaşları Azərbaycana kömək etməyə hazırdır

“Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi olaraq Ermənistanın qardaş Azərbaycana qarşı etdiyi təcavüzü pisləyirik”.

“Report” xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakı nümayəndəliyinin bəyanatında qeyd olunub.

ŞKTR-nin bəyanatında ölkə vətəndaşlarının Azərbaycana hər cür kömək etməyə hazır olduğu vurğulanıb:

“Şimali Kipr Türk Respublikasının vətəndaşları istər nümayəndəliyimizə zəng edərək, istərsə də e-mail vasitəsilə məktub göndərərək azərbaycanlı qardaşlarımızın yanlarında və istənilən yardımı etməyə hazır olduqlarını ifadə edirlər”.

“Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin ən qısa müddətdə azad olunmasını arzulayırıq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik”, - nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi