Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
Qarabağ
- 02 may, 2024
- 04:08
Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - "Vagaclub"un 30 nəfərdən ibarət heyətinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, dünya səyyahı Corn Auqestadın rəhbərlik etdiyi səyyahlar Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.
Onlara Ermənistanın mina terroru, Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumatlar veriləcək, eyni zamanda uzun illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olmaq imkanı qazanacaqlar.
Səyyahların Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Laçın şəhərlərinə səfərləri nəzərdə tutulub.
Son xəbərlər
10:25
"Bakı Marafonu 2026" start götürüb
Fərdi10:12
Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək
Xarici siyasət10:03
Foto
"Bakı Marafonu 2026" başlayır
Fərdi09:58
İsrailin Təhlükəsizlik Kabineti Qəzzada əməliyyatların bərpasını müzakirə edəcək
Digər ölkələr09:37
Qazaxıstan qeyri-rezidentlərin dövlət istiqrazlarına investisiyaları 5 mlrd dollaradək artırır
Maliyyə09:15
Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
Futbol08:57
Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı təşəbbüsünə rəhbərlik etməyə hazırdır
Maliyyə08:50
AİB-nin vitse-prezidenti: Dərin kapital bazarları olmadan CAREC-in potensialı məhdud olaraq qalacaq
Maliyyə08:35