Bakı. 2 mart. REPORT.AZ/ NATO baş katibi müavinin köməkçisi Conatan Periş Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsinə dair məsələni müzakirə edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən danışıb, vasitəçilərin səylərini artırmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, görüşdə "Ermənistan+28" formatı çərçivəsində NATO Şurasının gələn həftə Ermənistanda keçiriləcək iclasına hazırlıq vəziyyəti də müzakirə edilib.