NATO-nun xüsusi nümayəndəsindən cəbhədəki vəziyyətlə bağlı açıqlama

NATO-nun xüsusi nümayəndəsindən cəbhədəki vəziyyətlə bağlı açıqlama "Tərəflər sülh yolu ilə həll üzrə danışıqları bərpa etməlidir"
Qarabağ
27 Sentyabr , 2020 17:46
NATO-nun xüsusi nümayəndəsindən cəbhədəki vəziyyətlə bağlı açıqlama
Ceyms Appaturay

“NATO Dağlıq Qarabağ münaqişəsi zonasında irimiqyaslı hərbi əməliyyatların baş verməsi barədə xəbərlərdən çox narahatdır”.

“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın açıqlamasında bildirilib.

“Tərəflər mülki itkilərlə nəticələnən hərbi əməliyyatları dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, - açıqlamada vurğulanıb.

Son xəbərlər

Orphus sistemi