Moldovalı deputat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Moldovalı deputat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib "Münaqişə zonasındakı hərbi toqquşmalar dondurulmuş münaqişələrin bölgədə təhlükəsizlik və sabitlik üçün təhlükə yaratdığınıbir daha vurğulayır"
Qarabağ
5 Oktyabr , 2020 17:57
Moldovalı deputat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Dumitru Dyakov

“Uzun illərdir Moldova və Azərbaycan ölkələrimizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində sıx əməkdaşlıq edir”.

Bunu “Report”a bunu Moldova parlamentinin deputatı Dumitru Dyakov deyib.

Onun sözlərinə görə, bir çox digər postsovet respublikaları kimi, Moldova Respublikası da separatçı müharibələrin dəhşətlərini yaxından bilir.

“Ermənistan-Azərbaycan münaqişəsi zonasında mülki əhali arasında çoxsaylı itki ilə nəticələnən dramatik hərbi toqquşmalar dondurulmuş münaqişələrin bölgədə təhlükəsizlik və sabitlik üçün təhlükə yaratdığının və eyni zamanda dövlətlərimizin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində hörmət göstərməyin vacibliyini bir daha vurğulayır”, - o bildirib.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanla Moldovanı möhkəm dostluq və qarşılıqlı həmrəylik münasibətləri bağlayır.

Son xəbərlər

Orphus sistemi