Moldova nəşri: “Minalar Azərbaycan və Ukraynada uşaqları öldürməkdə davam edir”

Moldova nəşri: “Minalar Azərbaycan və Ukraynada uşaqları öldürməkdə davam edir” Azərbaycan və Ukraynada mina partlayışları nəticəsində uşaqlar ölməkdə davam edir.
Qarabağ
6 May , 2023 15:21
Moldova nəşri: “Minalar Azərbaycan və Ukraynada uşaqları öldürməkdə davam edir”

Azərbaycan və Ukraynada mina partlayışları nəticəsində uşaqlar ölməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə Moldovanın “Ziarulnational”ın nəşrində dərc olunan məqalədə deyilir.

Bildirilib ki, Ukraynada müharibə başlayandan bəri minalar 6 uşaq daxil olmaqla, 124 nəfərin həyatına son qoyub: “Azərbaycanda isə 2020-ci ilin noyabr ayından bəri 9 uşaq və yeniyetmə daxil olmaqla, 300-ə yaxın insan mina qurbanı olub”.

Məqalədə Ukrayna və Azərbaycanda mina partlayışları nəticəsində ölən iki oğlanın - Daniil və Qismətin hekayələrindən bəhs edilir.

Müəllif qeyd edib ki, 2022-ci ilin martında Daniil Xarçenkonun ailəsi o vaxt Çerniqov vilayətinin böyük hissəsini işğal etmiş Rusiya qoşunlarından avtomobillə qaçmağa cəhd edib: “Çerniqov-Kiyev şossesində onların avtomobili minaya düşüb: uşaqlar diri-diri yanıb, anası partlayış nəticəsində avtomobildən kənara düşüb və o da həyatını itirib”.

Məqalədə bildirilib ki, 2021-ci ilin iyununda isə Azərbaycanın Kəlbəcər rayonunun kəndlərindən birində yaşamış 11 yaşlı Qismət Bayramov atasının itən atlarını axtarmaq üçün evdən çıxıb: “O, kəndli ailəsində böyüdüyü üçün bu məşğuliyyət onun üçün yeni deyildi. Amma bu dəfə oğlan evə qayıtmayıb. Onu üç aya yaxın axtardılar. Sentyabrın sonunda istehkamçılar kəndin yaxınlığındakı dağlıq ərazidə itkin düşən Qismətin cəsədinin qalıqlarını tapdılar”.

Müəllif vurğulayıb ki, əraziləri minalardan tam təmizləmək üçün Azərbaycan və Ukraynaya təxminən eyni maliyyə vəsaiti və təqribən 30 il vaxt lazımdır.

Son xəbərlər

Orphus sistemi