MN: Sərhədin Tovuz istiqamətində vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır

MN: Sərhədin Tovuz istiqamətində vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır "Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət ordumuzun tam nəzarəti altındadır".
Qarabağ
21 İyul , 2020 12:44
MN: Sərhədin Tovuz istiqamətində vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır
0 : 00
0 : 00

"Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət ordumuzun tam nəzarəti altındadır".

"Report" xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, düşmən təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan yaralananlar da var: "Hazırda onların müalicələri davam edir. Bəzi KİV nümayəndələri yaralı hərbçilərimizə baş çəkmək istəyirlər. Pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub. KİV təmsilçilərinin bunu nəzərə almalarını xahiş edirəm".

Vaqif Dərgahlı
Vaqif Dərgahlı

Son xəbərlər

Orphus sistemi