MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub.
Qarabağ
26 İyun , 2020 09:59
MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi