MN-dən erməni dezinformasiyaları barədə daha bir açıqlama
- 04 oktyabr, 2020
- 10:14
“Ermənistan tərəfi yenidən guya Azərbaycanın döyüş təyyarələrinin, pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı xəbərlər, dezinformasiya xarakterli məlumatlar yayır”.
"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
“Bir daha bildiririk ki, Azərbaycan Hərbi hava qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Azərbaycanın Zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir. Ermənistan müdafiə nazirliyi Azərbaycan Ordusu barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. İctimiayyəti düşmənin dezinformasiyasına uymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi bəyanatlarına istinadən etməyə bir daha çağırış edirik”, - o əlavə edib.