Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Azərbaycan
"Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur".
Nazirlikdən bildirilib ki, təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir.