Avropa azərbaycanlıları Qarabağ həqiqətləri ilə bağlı yeni planları açıqlayıblar - FOTO

Avropa azərbaycanlıları Qarabağ həqiqətləri ilə bağlı yeni planları açıqlayıblar - FOTO Brüssel. 23 fevral. REPORT.AZ/ Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamenti yaxınlığında keçirilən ümumavropa azərbaycanlılarının Qarabağ mitinqinin iştirakçıları növbəti mərhələdə yaşıl qitədə Azərbaycanın məruz qaldığı işğal faktı ilə, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği üçün yeni fəaliyyət istiqamətlərinə start verəcəklərini bildiriblər.
Qarabağ
23 Fevral , 2019 20:40
Avropa azərbaycanlıları Qarabağ həqiqətləri ilə bağlı yeni planları açıqlayıblar - FOTO

Brüssel. 23 fevral. REPORT.AZ/ Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamenti yaxınlığında keçirilən ümumavropa azərbaycanlılarının Qarabağ mitinqinin iştirakçıları növbəti mərhələdə yaşıl qitədə Azərbaycanın məruz qaldığı işğal faktı ilə, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği üçün yeni fəaliyyət istiqamətlərinə start verəcəklərini bildiriblər.

"Report"un məlumatına görə, Avropada Azərbaycan diasporunun fəallarından Amil Səlimov bildirib ki, Xocalı soyqırımı istər şərqi, istərsə də qərbi Avropada yerli ictimaiyyətə zəruri formada tanıdılacaq faktdır: “Biz azərbaycanlıların başına erməni silahlıları tərəfindən gətirilən işğal və soy qırımı faktı Avropada yerli əhalinin öz problemləri fonunda təbliğ olunmalıdır ki, hadisənin mahiyyətini həqiqi mənada anlasınlar. Biz də buna üstünlük verəcəyik”.

Almaniyada diaspor fəalı Fuad Tağıyev isə bildirib ki, bugünkü mitinq ümumavropa azərbaycanlılarına yeni stimul verib və bundan sonra istər Bundestaq, istərsə alman yerli özünü idarəetmə orqanları səviyyəsində Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə birgə görüşlərə başlanılacaq: “Bu görüşlərdə azərbaycanlıların məruz qaldıqları soy qırımının, işğal faktının, ümumiyyətlə Ermənistan silahlıları tərəfindən azərbaycanlıların hüquqlarının vəhşicəsinə pozulmasının rəsmi tanıdılmasına çalışılacaq. Əsrlər boyu Avropada da bu kimi tendensiyalar olub və sonda hüquqi qiymətini alıb. Azərbaycanlılar ilə bağlı bu kimi faktlar da hüquqi qiymətini almalıdır”.

Baltikyanı ölkələrdən diaspor fəalı, Latviyada parlament və bələdiyyə orqanlarına namizəd olmuş Asif İbrahimov isə bildirib ki, yerli siyasi partiyaların nizamnamələrində, insan haqları ilə bağlı məsələlərdə azərbaycanlıların yaxın tarixdə Ermənistan tərəfindən məruz qaldığı təcavüz fakt kimi ortaya qoyulacaq: “Bunun üçün yerli ictimaiyyətin öz prinsiplərindən yararlanmağa çalışacağıq. Bununla bağlı xüsusi planlarımız var və yaxın zamanda açıqlayacağıq”.

Berlində “Birlik İnteqrasiya və və Biznes İnkişaf Mərkəzi”nin sədri Emin Salayev isə bildirib ki, onlar bu həqiqətlərin yerli ictimaiyyətdə tanıdılması üçün alman mətbuatı, alman insitutları ilə yeni birgə layihələrə üstünlük verəcəklər: “Bugünkü mitinq bunun üçün bizə yeni arqumentlər verdi. Bu, Avropa azərbaycanlılarının birgə fəaliyyəti üçün rəvac oldu. Bunu yerli mətbuat və orqanlar da izləyir. Düşünrəm ki, bizim yerli qurumlara edəcəyimiz təkliflərdə bu kimi hallar müsbət rol oynayacaq”.

Avropa azərbaycanlılarının digər fəallarından Ayxan Qasımov da həqiqətlərin tanıdılmasında avropalılar ilə birgə layihələrə üstünlük verilməsindən danışıb. O, Xocalı soyqırımının Avropada tanıdılmasının azərbaycanlılar üçün vacib şərt olduğunu deyib.

Avropa azərbaycanlılarından, iş adamı Zaur Ağakazımoğlu da Qarabağ həqiqətlərinin azərbaycanlılar üçün həssas nöqtə olduğunu deyərək, bunların yerli avropalılarla nəinki siyasi və ictimai sahələrdə, hətta iqtisadi əməkdaşlıqda da aşılanmsı üçün yeni planlarının olacağını deyib.

O, qeyd edib ki, bu gün Brüsseldə keçirilən ümumavropa azərbaycanlılarının Qarabağ mitinqində xeyli sayda azərbaycanlı iştirak edib, sonda Avropa Parlamentinə müraciət qəbul olunub.

Son xəbərlər

Orphus sistemi