Misir səfiri: "Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə kömək olmağa hazırıq"

Misir səfiri: "Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə kömək olmağa hazırıq" Misir Azərbayucanın işğaldan azad oluan ərazilərində minalardan təmizləmə işlərinə və inşaat sektorunun inkişafına dəstək verməkdə maraqlıdır.
Qarabağ
27 Oktyabr , 2021 15:19
Misir səfiri: Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə kömək olmağa hazırıq

"Misir Azərbaycanın işğaldan azad olunan ərazilərində minalardan təmizləmə işlərinə və inşaat sektorunun inkişafına dəstək verməkdə maraqlıdır".

Bunu “Report”a müsahibəsində Misirin Azərbaycandakı səfiri Adil İbrahim bildirib.

Bu istiqamətdə uzunmüddətli əməkdaşlığa hazırlaşdıqlarını dilə gətirən səfir Misir şirkətlərini azad olunmuş bölgələrdəki bərpa və quruculuq işlərində iştirak etməyə sövq edən yüksək səviyyədə rəsmi təlimatların olduğunu vurğulayıb.

Minalardan təmizləməyə gəlincə, misirli diplomat hələ İkinci Dünya Müharibəsi dövründən minaların qaldığı ölkəsinin bu sahədə geniş təcrübəyə malik olduğunu diqqətə çatdırıb: “Bu məsələdə təcrübəmizi bölüşə bilərik. Mən ANAMA-da olanda Misir şirkətlərinin nə kimi yardım edə biləcəklərini müzakirə etdik. Yəqin ki, tezliklə buraya Misir şirkətlərini cəlb etməyin yolunu və çərçivəsini müəyyənləşdirərik”.

Son xəbərlər

Orphus sistemi