Minsk qrupunun həmsədrləri Ermənistan tərəfinin təxribatı nəticəsində mülki şəxslərin həlak olmasıyla bağlı bəyanat yayıb

Minsk qrupunun həmsədrləri Ermənistan tərəfinin təxribatı nəticəsində mülki şəxslərin həlak olmasıyla bağlı bəyanat yayıb Vasitəçilər Füzuli rayonunda baş vermiş insident zamanı həlak olanların ailələrinə başsağlığı verib
Qarabağ
697
5 İyul , 2017 11:15
Minsk qrupunun həmsədrləri Ermənistan tərəfinin təxribatı nəticəsində mülki şəxslərin həlak olmasıyla bağlı bəyanat yayıb

Bakı. 5 iyul. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş və mülki şəxslər də daxil olmaqla, insan ölümü ilə nəticələnən hadisədən xəbərdardır.

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.

Vasitəçilər tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Onların sözlərinə görə, zorakılıq yalnız növbəti zorakılığı yaradır: "Bu uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və insani yol tərəflərin danışıqlar masasına qayıtmasıdır".

Həmsədrlər həmçinin həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Son xəbərlər

Orphus sistemi