Metyu Brayza: "Azərbaycan torpaqlarını qaytaranadək əks-hücumu davam etdirəcək"

Metyu Brayza: "Azərbaycan torpaqlarını qaytaranadək əks-hücumu davam etdirəcək" “Azərbaycan öz ərazisinin siyasi cəhətdən mühüm hissəsini geri qaytaranadək əks-hücumunu davam etdirəcək”.
Qarabağ
5 Oktyabr , 2020 12:46
Metyu Brayza: Azərbaycan torpaqlarını qaytaranadək əks-hücumu davam etdirəcək
Metyu Brayza

“Azərbaycan öz ərazisinin siyasi cəhətdən mühüm hissəsini geri qaytaranadək əks-hücumunu davam etdirəcək”.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi köməkçisinin keçmiş müavini, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza “Horasis” beynəlxalq təşkilatı tərəfindən keçirilən COVID-19 pandemiyası nəticəsində ortaya çıxan iqtisadi, siyasi, sosial təbəddülatların həllinə dair tədbirdəki çıxışı zamanı bildirib.

Belə ki, “Xəzər regionu: müştərək liderliyə başçılıq edərkən” adlı sessiya zamanı iqtisadi məsələlərlə yanaşı, Azərbaycan ilə Ermənistan arasında hazırda davam edən hərbi əməliyyatlarla bağlı siyasi məsələlər də müzakirə olunub. Tədbirdə iştirak edən ekspertlər hadisələrə dair, həmçinin regionun gələcək inkişafına dair rəylərini bildiriblər.

“Azərbaycan ilə Ermənistan yenə də müharibə aparır, yəni, sadəcə tez bir zamanda sakitləşəcək toqquşma deyil, ciddi hərbi əməliyyatlar gedir. Fikrimcə, Azərbaycanın bu ərazini saxlamaq üçün yaxşı imkanları var. Odur ki, yaxın bir neçə gün, yaxud bir neçə həftə ərzində döyüşlərin səngidiyini görə biləcəyik”, – o vurğulayıb.

Onun sözlərinə görə, bundan sonra regionda əsas oyunçular ABŞ yox, Türkiyə və Rusiya olacaq, çünki ABŞ təkcə Prezident Tramp dövründə yox, hələ Prezident Obamanın dövründə bu regiondan çəkilib”.

Qeyd edək ki, tədbirin fəxri qonaqları arasında BMT Baş katibi Antonio Quterres, Norveç şahzadəsi Marta Lui, Vyetnam Baş nazirinin müavini Vuonq Dinh Hue, Latviyanın sabiq prezidenti Vayra Vike Freyberqa, Əfqanıstan Milli Şurası vise-prezidenti Fövziyə Koofi kimi tanınmış xadimlər var.

Son xəbərlər

Orphus sistemi