Meksika telekanalında Ermənistanın təcavüzkar siyasətindən bəhs edilib

Meksika telekanalında Ermənistanın təcavüzkar siyasətindən bəhs edilib Meksikanın nüfuzlu “Canal Once” televiziya kanalında tanınmış meksikalı siyasi şərhçi Federiko Lamontun Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş naziri tərəfindən Ermənistan və Azərbaycan arasında atəşkəsin təsis edilməsi üzrə imzalanmış birgə
Qarabağ
20 Noyabr , 2020 08:45
Meksika telekanalında Ermənistanın təcavüzkar siyasətindən bəhs edilib

Meksikanın nüfuzlu “Canal Once” televiziya kanalında tanınmış yerli siyasi şərhçi Federiko Lamontun Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş naziri tərəfindən Ermənistan və Azərbaycan arasında atəşkəsin təsis edilməsi üzrə imzalanmış birgə bəyanat haqda müsahibəsi efirə gedib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, müsahibədə 10 noyabr tarixindən qüvvəyə minən üçtərəfli bəyanatla bütün cəbhə boyu atəşkəs elan olunduğunu deyən F.Lamont sənədin tələblərinə əsasən Ermənistanın 30 ilə yaxındır hərbi işğal altında saxladığı Azərbaycan ərazilərini azad etməli və 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün geri qayıtmasını təmin etməli olduğunu bildirib.

Meksikalı ekspert Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalda qalan ərazilərindən çıxarılması ilə paralel olaraq bölgədə atəşkəsə nəzarət məqsədilə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və razılaşmanın müddəalarının icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin daxil olduğu birgə monitorinq mərkəzinin yaradılacağını söyləyib. Razılaşmanın əldə olunmasında Türkiyənin də önəmli rolu olduğunu vurğulayan F.Lamont bu mərhələdən sonra regionda davamlı sülhün bərqərar olacağının gözlənildiyini qeyd edib.

Azərbaycanın dünyada çoxmillətli ölkə kimi tanındığını və məhz bu səbəbdən Roma papası Fransisk tərəfindən də təqdir edildiyini deyən ekspert azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra Azərbaycan ərazisindəki digər millətlərin nümayəndələri kimi ermənilərin də azərbaycanlılarla birlikdə sülh şəraitində yaşaya biləcəklərini söyləyib.

F.Lamont dünya mediasında da göründüyü kimi, ermənilərin Azərbaycaın işğal edilmiş ərazilərini tərk edərkən yerli infrastruktura və ətraf mühitə ciddi zərər vurduğunu, habelə Azərbaycan ordusu tərəfindən hərbi əməliyyatlar yolu ilə azad edilmiş şəhər və qəsəbələrdə də infrastruktura və tarixi-mədəni irsə qarşı kütləvi talançılıq hallarının müşahidə edildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi