Masallıda "Şəhidlər" abidə-kompleksinin açılışı olub

Masallıda "Şəhidlər" abidə-kompleksinin açılışı olub Masallı rayonunun Şərəfə kəndində "Şəhidlər" abidə-kompleksinin açılışı olub.
Qarabağ
22 Aprel , 2022 18:54
Masallıda Şəhidlər abidə-kompleksinin açılışı olub

Masallı rayonunun Şərəfə kəndində "Şəhidlər" abidə-kompleksinin açılışı olub.

"Report"un Cənub bürosunun məlumatına görə, bu məqsədlə keçirilən açılış mərasimində şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Tədbirdə Şərəfə kənd orta məktəbində oxuyan şəhid övladları vətənpərvər ruhda şeirlər ifa ediblər.

Sonda tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən igidlərimizin xatirəsinə ucaldılmış "Şəhidlər" abidə-kompleksinin önünə tər qərənfillər düzüblər.

Son xəbərlər

Orphus sistemi