"Kapitulyasiya 10 noyabr 2020-ci il tarixli bəyanatı imzalamış Ermənistan üçün ağır, lakin ən yaxşı çıxış yolu idi".
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı rəsmi İrəvan üçün çox ağrılıdır. Bu bəyanat Ermənistanın 44 günlük müharibədə məğlubiyyətini rəsmiləşdirir. Kapitulyasiya ağır, lakin ən yaxşı çıxış yoludur. O, minlərlə insanın məhv olmasından daha yaxşıdır. Çünki onsuz da Azərbaycan bu əraziləri azad etdi”, - S.Markov deyib.
Onun sözlərinə görə, ermənilərin ambisiyalarının silahlı qüvvələrindən çox olması məğlubiyyətə gətirib çıxardı. Bəyanatın imzalanmasında Rusiyanın vasitəçiliyi isə minlərlə əsgərin həyatını xilas etmiş oldu.
Ekspertin fikrincə, Ermənistan əhalisi üçtərəfli bəyanatın ağır şərtlərinin minlərlə erməni hərbçinin həyatını xilas etmək üçün zəruri olduğunu daha yaxşı başa düşür: “Bu vəziyyət göstərdi ki, Ermənistan xalqı gözlənilməz məğlubiyyətdən pərişan olub”.
Markov 44 günlük müharibənin nəticələrinin qanunauyğun və gözlənilən olduğunu vurğulayıb.