Mariya Zaxarova: "Rusiya və Azərbaycan XİN başçılarının görüşü istisna deyil"

Mariya Zaxarova: "Rusiya və Azərbaycan XİN başçılarının görüşü istisna deyil" "Ehtiyac olarsa və zaman imkan verərsə, belə bir görüş istisna edilmir"
Qarabağ
7 Dekabr , 2016 14:25
Mariya Zaxarova: Rusiya və Azərbaycan XİN başçılarının görüşü istisna deyil

Bakı. 7 dekabr. REPORT.AZ/ "Ehtiyac olarsa və zaman imkan verərsə, belə bir görüş istisna edilmir".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşü məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, belə görüş üçün razılaşdırılmış qrafik olmasa da, bu cür böyük forumlar çərçivəsində çoxsaylı əlaqə olduğundan nəyisə istisna etmək çətindir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mümkün görüşü barədə danışan M.Zaxarova belə görüşün keçirilməsinin mükünlüyünün müzakirə olunduğunu söyləyib.

"Hələlik bu, sadəcə, görüşün keçirilməsinin mümkünlüyü barədə müzakirədir" - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi