Bakı. 17 may. REPORT.AZ/ Rusiya və İran XİN rəhbərləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif Vyanada Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
"Report" xəbər verir ki, görüşdə Rusiya diplomatiyasının rəhbəri iranlı həmkarını Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Vyanada keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında məlumatlandırıb.
Bundan başqa, nazirlər digər məsələləri, o cümlədən Suriya münaqişəsini müzakirə edib.