Latviyalı deputat: "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır"

Latviyalı deputat: "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır" “Ermənistan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır”.
Qarabağ
13 Sentyabr , 2022 16:46
Latviyalı deputat: Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır

“Ermənistan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən mütləq çıxarmalıdır”.

Bunu “Report”un Şərqi Avropa bürosuna Latviya parlamentinin üzvü, bu ölkənin keçmiş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş deyib.

Onun sözlərinə görə, bir çox beynəlxalq təşkilatların qeyd etdiyi kimi, tərəflər əldə olunmuş atəşkəs razılaşmalarına əməl etməlidir, lakin ilk növbədə Ermənistan öz üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirilməlidir, xüsusən də bütün silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmalıdır.

“Bu regionda sabitlik və sülh Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər”, - deputat vurğulayıb.

O bildirib ki, Azərbaycan öz ərazisinin və əhalisinin təhlükəsizliyini qoruyur.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Son xəbərlər

Orphus sistemi