Latviyanın Azərbaycandakı səfirliyi İkinci Qarabağ müharibəsində həlak olanların xatirəsini yad edib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.
"Latviya səfirliyi adından 2020-ci il müharibəsində həlak olanların xatirəsinin Anım Günündə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Azərbaycan xalqına və bütün regiona sülh və firavanlıq arzu edirik", - paylaşımda deyilir.
Xatırladaq ki, bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.
Bu gün Azərbaycanda Vətən Müharibəsində həlak olmuş şəhidlərin Anım Günü kimi qeyd olunur.