KTMT Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən narahatdır

KTMT Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən narahatdır Nikolay Bordyuja: "Məlumatlar ciddi narahatlıq doğurur"
Qarabağ
29 Dekabr , 2016 16:00
KTMT Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən narahatdır

Bakı. 29 dekabr. REPORT.AZ/ "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyində Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr narahatlıqla qarşılanıb. Son zamanlar gələn məlumatlar ciddi narahatlıq doğurur".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Nikolay Bordyuja deyib.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi