Könül Nurullayeva: “Ali Baş Komandan xalqın gücünü özünə qaytardı”

Könül Nurullayeva: “Ali Baş Komandan xalqın gücünü özünə qaytardı” “Azərbaycanın artan nüfuzu, yeritdiyi müstəqil siyasət, iqtisadi və siyasi gücü bəzi kənar dairələri hər zaman ciddi narahat edib. Azərbaycan Silahlı Qüvvələrinin öz ərazi bütövlüyünü bərpa etməsindən təlaşa düşən qüvvələr bu gün də var və ölkəmizə qarşı
Qarabağ
1 Noyabr , 2020 17:21
Könül Nurullayeva: “Ali Baş Komandan xalqın gücünü özünə qaytardı”
Könül Nurullayeva

“Azərbaycanın artan nüfuzu, yeritdiyi müstəqil siyasət, iqtisadi və siyasi gücü bəzi kənar dairələri hər zaman ciddi narahat edib. Azərbaycan Silahlı Qüvvələrinin öz ərazi bütövlüyünü bərpa etməsindən təlaşa düşən qüvvələr bu gün də var və ölkəmizə qarşı açıq təzyiqlər müşahidə edirik”.

“Report” xəbər verir ki, bunları Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

“Lakin Ali Baş komandan İlham Əliyev vətənpərvərlik, qətiyyət, prinsipiallıq rəmzi kimi bütün çətinlikləri, xarici qüvvələrin təzyiqini dəf edir, Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur. Bu gün ərazi bütövlüyümüzün bərpası bir daha göstərdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyev son 500 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Düzgün və düşünülmüş siyasət bizi günbəgün böyük qələbəyə yaxınlaşdırdı”, - deyə deputat bildirib.

Könül Nurullayeva qeyd edib ki, Ermənistanda uzun illərdir işğalçılıq siyasəti ucbatından hökm sürən iqtisadi və siyasi tənəzzül özünü döyüş meydanında da göstərib: “Hərbi əməliyyatlar fonunda meydanda tək qalan işğalçı ölkə bu tənəzzülün kökünü elə işğal və etnik təmizləmə siyasətində axtarmalıdır. Bu vaxta qədər nəticəsiz sülh danışıqları, bölgədə artan gərginlik prosesin hərbi fazaya keçməsini şərtləndirdi. Ermənistan dünyanın güclü 50 ordusundan biri ilə meydanda üz-üzə qaldı. Muzdluların və yaraqlıların, hətta dindarların Ermənistan ordusunda vuruşması, əcnəbi vətəndaşların orduya cəlb edilməsi də forpost ölkəni xilas edə bilmədi. Hətta müharibə cinayətləri də effekt vermədi.

Döyüş meydanında Azərbaycan Ordusunun zərbələrindən darmadağın olan Ermənistan günahsız mülki əhalini hədəf seçsə də Azərbaycan Ordusu Gəncənin, Bərdənin qisasını yerdə qoymur, düşmənə döyüş meydanında ağır zərbələr endirir. Nəticə isə göz önündədir”.

Döyüş meydanında ağır məğlubiyyətə düçar olan Paşinyan hökuməti də iflasa uğradığını dərk edir: “Çünki Ermənistanda artıq sosial fəlakət son həddə çatıb, siyasi qarşıdurma, hərc-mərclik hökm sürür. Faktiki olaraq Ermənistan son 30 ilin ən acınacaqlı günlərini yaşayır. Özünü demokrat kimi təqdim etməyə çalışan Paşinyan və onun kriminal dəstəsi bu müharibə cinayətlərinə görə hərbi tribunallarda cavab verəcək”.

Son xəbərlər

Orphus sistemi