KazTAG-ın təsisçisi: “Azərbaycan Qarabağın bərpası üzərində fəal iş aparır”

KazTAG-ın təsisçisi: “Azərbaycan Qarabağın bərpası üzərində fəal iş aparır” “Azərbaycan rəhbərliyi işğaldan azad edilmiş ərazilərin bərpası üzərində fəal iş aparır”.
Qarabağ
27 Aprel , 2022 11:55
KazTAG-ın təsisçisi: “Azərbaycan Qarabağın bərpası üzərində fəal iş aparır”

“Azərbaycan rəhbərliyi işğaldan azad edilmiş ərazilərin bərpası üzərində fəal iş aparır”.

“Report”un Qərb bürosu xəbər verir ki, bunu KazTAG İnformasiya Agentliyinin təsisçisi Aset Matayev Qazaxıstan nümayəndə heyətinin Gəncəyə səfəri zamanı bildirib.

O, cəmi 8 ay ərzində tikilmiş Füzuli hava limanı, sürətlə bərpa olunan “Zəfər yolu” ilə tanış olduqlarını, Şuşa şəhərində memarlıq abidələrinin bərpa olunmasını, mehmanxanaların tikilməsini gördüklərini bildirib: “Çox şadıq ki, Şuşa 2023-cü il üçün Türk Dünyasının Paytaxtı seçilib. Orada çoxsaylı tədbirlər keçiriləcək”.

A.Matayev, həmçinin İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə endirdikləri raket zərbələri nəticəsində dağıdılmış ərazilərə səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

“Əlbəttə, bu, bizə böyük təsir bağışladı. Biz bu barədə bilirdik, narahatlıq keçirirdik, lakin hər şeyi gözlərinlə gördükdə, həlak olmuş şəxslərin şəkillərinə baxdıqda kədərə qərq olursan. Qazaxlar və azərbaycanlılar qardaş xalqlardır”, - o deyib.

Son xəbərlər

Orphus sistemi