Bakı. 19 noyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi bu həftə Bakıda Ermənistan hərbi təyyarəsinin düşdüyü yerdə monitorinqin keçirilməsi imkanını müzakirə edəcək. "Report" bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik jurnalistlərə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq zamanı bildirib.
"Vəziyyət çox gərgindir və bizim üçün zəruri təhlükəsizlik zəmanətlərini vermək mümkün deyil, buna görə də bu monitorinqi daha əvvəl planlaşdırıldığı qaydada keçirmək barədə qərar qəbul etmişik. Helikopterlə bağlı isə danışıqlar aparılır" - deyə, Kaspşik bəyan edib.
Onun sözlərinə görə, həmin məsələ bu həftə Bakıda müzakirə olunacaq.
Qeyd edək ki, ATƏT-in növbəti monitorinqi noyabr ayının 18-də Ağdamın Mərzili kəndi yaxınlığında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilib. Ermənistan mətbuatı isə iddia edirdi ki, Kaspşik helikopter vurulan əraziyə gedib.