Bakı. 22 yanvar. REPORT.AZ/ "Bizim erməni vətəndaşlarımız var və onlar vaxt gələcək Azərbaycan qanunları çərçivəsində yaşamaq ehtiyacı hiss edəcəklər". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunma limitini itirməyib: "Məsələnin başqa bir məcraya düşməməsi Azərbaycanın dünya ölkələrinə olan hörmətinin nəticəsidir. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bizdə erməni fobiyası yoxdur. Azərbaycan cəmiyyətində və xalqında onlarla əvvəllər olduğu kimi birgə yaşamaq potensialı var".
Kamal Abdullayev: "Azərbaycan xalqında ermənilərlə əvvəllər olduğu kimi birgə yaşamaq potensialı var"
Qarabağ
22 Yanvar , 2016
11:43
https://static.report.az/photo/a0564476-e855-466d-9fcb-9f4244b79aff.jpg
İngilis versiyası
Kamal Abdullayev: "Azerbaijan has potential to live together Armenian people as before"
Rus versiyası
Камал Абдуллаев: У азербайджанского народа, как и прежде, есть потенциал жить с армянами вместе