Jerom Lamber: "Azərbaycan hərbi yolla ərazilərini işğaldan azad etdi"

Jerom Lamber: "Azərbaycan hərbi yolla ərazilərini işğaldan azad etdi" "Azərbaycan öz torpaqlarını işğaldan azad etməsi ilə yanaşı, beynalxalq hüququ da bərpa etdi".
Qarabağ
8281
13 Noyabr , 2020 19:59
Jerom Lamber: Azərbaycan hərbi yolla ərazilərini işğaldan azad etdi

"Azərbaycan öz torpaqlarını işğaldan azad etməsi ilə yanaşı, beynəlxalq hüququ da bərpa etdi".

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunu Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Gəncədə jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycan hərbi yolla ərazilərini işğaldan azad etdi. Paralel olaraq beynəlxalq hüququ bərpa etdi. Nəticədə artıq bölgədə sülh yaranıb. İndi hər iki xalqın sülh şəraitində birgəyaşayışını təmin etmək qalır. Düşünürəm ki, bu vacib faktoru təmin etmək mümkün olacaq. Fransa kim sülh etmək istəyir onun yanındadır. Gəncə və digər iri şəhərlərin bombalanmasına gəlincə, bu, müharibə cinayətidir və Ermənistan müharibə cinayəti törədib”, - o deyib.

Son xəbərlər

Orphus sistemi