İtaliya səfiri: Belə gözəl landşafta malik Füzulidə heçnə görməmək kədərvericidir

İtaliya səfiri: Belə gözəl landşafta malik Füzulidə heçnə görməmək kədərvericidir "İstəyimiz qonşu ölkələrin xalqlarının sülh şəraitində yaşamalarından ibarətdir. İtaliya regionun sabitliyini istəyir. Bu, İtaliya üçün çox vacibdir".
Qarabağ
22 Noyabr , 2020 18:52
İtaliya səfiri: Belə gözəl landşafta malik Füzulidə heçnə görməmək kədərvericidir
Auqusto Massari

"İstəyimiz qonşu ölkələrin xalqlarının sülh şəraitində yaşamalarından ibarətdir. İtaliya regionun sabitliyini istəyir. Bu, İtaliya üçün çox vacibdir".

"Report" xəbər verir ki, bu sözləri ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər edən İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

"Belə gözəl landşafta malik ərazidə heçnə görməmək kədərvericidir. Ümid edirik ki, burda insanlar yenidən sülh şəraitində yaşaya biləcək, buralar yenidən inşa ediləcək. Füzuli yenidən inşa ediləcək, gözəl şəhər olacaq", - deyə səfir əlavə edib.

Qeyd edək ki, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatlar Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət edirlər.

Son xəbərlər

Orphus sistemi