İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib

İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib Türkiyənin İstanbul şəhərindəki tarixi Bəyazid Meydanında "Can Azərbaycana canımız fəda" şüarı ilə aksiya keçirilib.
Qarabağ
1413
19 İyul , 2020 16:19
İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib

Türkiyənin İstanbul şəhərindəki tarixi Bəyazid Meydanında "Can Azərbaycana canımız fəda" şüarı ilə aksiya keçirilib. 

"Report"un yerli bürosu xəbər verir ki, aksiyada Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri iştirak ediblər.

Aksiyada Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. "Qarabağ Azərbaycanındır", "Ar olsun Ermənistana", "Qarabağa ədalət" şüarları səsləndirilib. 

Aksiyaçılar Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribatlara etirazlarını bildiriblər, həmçinin Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər. 

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi