İsrail səfiri: “Azərbaycanla dostluğumuza dəyər veririk”

İsrail səfiri: “Azərbaycanla dostluğumuza dəyər veririk” "İsraillə Azərbaycan arasındakı əlaqələr kökləri tarixin dərinliklərinə gedib çıxan və müxtəlif əməkdaşlıqlarla əks olunan dostluq münasibətləridir".
Qarabağ
1789
22 Oktyabr , 2020 13:50
İsrail səfiri: “Azərbaycanla dostluğumuza dəyər veririk”
Corc Dik

“Biz, israillilər üçün bu hisslər, müharibə və hücumların nəticələri yad deyil. Xüsusilə milliyyətindən, etnik mənsubiyyətindən və dinlərindən asılı olmayaraq mülki vətəndaşlar hücum məruz qalan zaman”.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələri endirilən Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Mən şəhər sakinləri ilə görüşmək üçün Gəncəyə gəldim və raket hücumlarından sonra buradakı dəhşətli dağıntıları gördüm. Azərbaycan xalqına və Gəncə sakinlərinə, həlak olanların yaxınlarına başsağlığı verirəm, yaralıların tezliklə şəfa tapmasını arzulayıram. İnsanlarla danışdım, onların başına gələnləri dinlədim, bu, ürəkağrıdıcıdır. Bu, qəbuledilməzdir. Hər bir qurbanın önəmi var. Heç kim bu cür fəsadlarla yaşamamalıdır. Heç kim gecə yuxuda olarkən yaxınlarını, qohumlarını və qonşularını itirməməlidir”, - o bildirib.

Diplomat həmçinin qeyd edib ki, İsraillə Azərbaycan arasındakı əlaqələr kökləri tarixin dərinliklərinə gedib çıxan və müxtəlif əməkdaşlıqlarla əks olunan dostluq münasibətləridir. “Bu dostluq heç kimə qarşı yönəlməyib. Azərbaycanla dostluğumuza dəyər veririk. Bu səbəbdən də bu gün buraya gəlmişəm. Özümüzlə sakinlər üçün humanitar yardım da gətirmişik”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi