İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını pislədi

İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını pislədi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü pisləyib və iki ölkəni münaqişəni siyasi yolla nizamlamağa çağırıb.
Qarabağ
29 Sentyabr , 2020 04:38
İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını pislədi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü pisləyib və iki ölkəni münaqişəni siyasi yolla nizamlamağa çağırıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

"İƏT növbəti dəfə Azərbaycan Respublikası ilə həmrəyliyini bildirərək, Ermənistan silahlı qüvvələrinin təxribatlarını və təcavüzünü qətiyyətlə pisləyir", - İƏT-in bəyanatında deyilir.

Təşkilat BMT-nin Dağlıq Qarabağ üzrə müvafiq  qətnamələrinin icrası zərurətini vurğulayıb.

Bəyanata əsasən, İƏT Ermənistanın atəşkəs rejimini pozan, yaşayış məntəqələrinə qarşı yönəlmiş və mülki əhali arasında itki ilə nəticələnən təcavüzünü dərin narahatlıqla izləyir.

Təşkilat Ermənistanı qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa çağırıb.

İKT Baş Katibliyi erməni təcavüzü nəticəsində həlak olanların ailələrinə, eləcə də Azərbaycan hökumətinə və xalqına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Son xəbərlər

Orphus sistemi