Bakı. 9 oktyabr. REPORT.AZ/ "
Səfirlikdən qeyd ediblər ki, oktyabrın 8-10-da baş tutan Rimini Beynəlxalq turizm sərgisi özəl tədbirdir və İtaliyanın bu məsələdəki mövqeyini əks etdirmir.
Xatırladaq ki, oktyabrın 8-dən 10-na kimi İtaliyanın Rimini şəhərində "TTG Incontri-2015" Beynəlxalq turizm sərgisi keçirilir. Azərbaycanın İtaliyadakı səfirliyinin müdaxiləsi nəticəsində ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərin ayrıca stenddə təqdim edilməsi cəhdinin qarşısı alınıb. Bütün imkanlardan məhrum olan Ermənistan tərəfi yalnız öz stendində separatçı rejimlə bağlı bir neçə broşura təqdim etməklə kifayətlənib.