İran XİN Qarabağdakı qondarma "seçkiləri" pisləyib
Qarabağ
- 31 mart, 2020
- 08:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal olunan ərazilərində keçirilməsi planlaşdırılan qondarma “prezident” və “parlament” seçkilərini pisləyib.
"Report"un xəbərinə görə, nazirliyin sözcüsü Seyid Abbas Musəvi deyib ki, İran İslam Respublikası bölgədə gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir.
"Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir", - XİN rəsmisi vurğulayıb.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü sonda əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.
Son xəbərlər
23:44
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Digər ölkələr
23:27
Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib
Energetika
23:10
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr
22:43
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Digər ölkələr
22:39
Foto
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Fərdi
22:26
Foto
Video
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Hadisə
22:14
Foto
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub
Mədəniyyət siyasəti
22:09
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Region
22:02
Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Digər ölkələr