İki yaşlı Zəhra və nənəsinin ölümünə səbəb olan mərmi parçası Azərbaycan Tarixi Muzeyinə verilib

İki yaşlı Zəhra və nənəsinin ölümünə səbəb olan mərmi parçası Azərbaycan Tarixi Muzeyinə verilib Eksponat Muzeyin guşəsində Azərbaycan tarixinin qanlı səhifələrinin sübutu olaraq nümayiş etdiriləcək
Qarabağ
5 Sentyabr , 2017 17:03
İki yaşlı Zəhra və nənəsinin ölümünə səbəb olan mərmi parçası Azərbaycan Tarixi Muzeyinə verilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Erməni silahlı qüvvələri tərəfindən dəzgahlı qumbaraatanlardan atılmış, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümünə səbəb olmuş mərmi parçası Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.

Bu barədə “Report”a Muzeydən məlumat verilib.

Mərmini Muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı tarixçi, Qarabağ Ekspert Şurasının üzvü Nazim Tapdıqoğlu (Vəlişov) təqdim edib.

Nənə və nəvənin həyatına son qoyan mərmi parçası Muzeyin guşəsində Azərbaycan tarixinin qanlı səhifələrinin sübutu olaraq nümayiş etdiriləcək.

Xatırladaq ki, 4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alıxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Mənfur düşmənin növbəti dəfə atəşkəsi pozması nəticəsində Alıxanlı kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub.

Son xəbərlər

Orphus sistemi