Hulusi Akar: "Ermənistan xaricdən gətirdiyi muzdluları geri göndərməlidir"

Hulusi Akar: "Ermənistan xaricdən gətirdiyi muzdluları geri göndərməlidir" "Ermənistan hücumları dərhal dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməlidir".
Qarabağ
28 Sentyabr , 2020 15:25
Hulusi Akar: Ermənistan xaricdən gətirdiyi muzdluları geri göndərməlidir
Hulusi Akar

"Ermənistan hücumları dərhal dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməlidir".

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

Nazir deyib: “Sülh yolu ilə həllə çağırış edənlər, “dərhal atəşkəs” istəyənlər, dialoqu indi xatırlayanlar, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ işğal altında olarkən, Xocalıda minlərlə günahsız insan vəhşicəsinə, haqq-hüquq tanımadan, uşaq, qadın və yaşlı demədən qətlə yetirilərkən, 30 ildir milyonlarla insanın evindən, yurdundan didərgin düşərkən harada idilər? Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Kədərdə də, sevincdə də daim bərabərik. Bu gün doğma torpaqlarını qorumaqda azərbaycanlı qardaşlarımızın yanındayıq. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməli və Azərbaycanın işğal edilmiş torpaqlarını boşaltmalıdır. Beləliklə, atəşkəs, sülh və sabitlik təmin edilməlidir”.

Son xəbərlər

Orphus sistemi