Hikmət Hacıyev: "Mülki obyektlərə dəymiş ziyan araşdırılır"

Qarabağ
  • 27 sentyabr, 2020
  • 14:49
Hikmət Hacıyev: Mülki obyektlərə dəymiş ziyan araşdırılır

"Mülki obyektlərə dəymiş ziyan araşdırılır".

“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun ön xətti yararaq irəliyə getməsi Azərbaycanın mülki əhalisinin təhlükəsizliyinin qorunmasında böyük əhəmiyyət daşıyır.