Hikmət Hacıyev: "Ermənistandan Mingəçevirə ballistik raket buraxılıb"

Qarabağ
  • 10 oktyabr, 2020
  • 15:09
Hikmət Hacıyev: Ermənistandan Mingəçevirə ballistik raket buraxılıb
Hikmət Hacıyev

Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı "SCUD" ballistik raketini buraxıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.

"Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır".

Son xəbərlər

Bütün Xəbər Lenti