"Ermənistanın Azərbaycanın dinc sakinlərinə qorxaq və xain raket zərbələri, o cümlədən Gəncəyə növbəti raket zərbələri onu göstərir ki, Ermənistan dövlət səviyyəsində terror və soyqırım siyasıti yürüdür".
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Ermənistan məsuliyyətə cəlb olunmalıdır", - deyə o qeyd edib.