Hikmət Hacıyev: "Diplomatik missiyalar hücum hədəfi olmamalıdır"

Hikmət Hacıyev: "Diplomatik missiyalar hücum hədəfi olmamalıdır" “Erməni terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanln dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi”.
Qarabağ
3834
7 Noyabr , 2020 19:55
Hikmət Hacıyev: Diplomatik missiyalar hücum hədəfi olmamalıdır
Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında Azərbaycanın Xarkovdakı fəxri konsulluğu silahlı hücuma məruz qalmasını pisləyib.

"Report" xəbər verir ki, Hikmət Hacıyev yazıb:

“Diplomatik missiyalar hücum hədəfi olmamalıdır. Şübhə erməni terror təşkilatlarının üzərinə düşür, çünki Ermənistan asimmetrik müharibəyə keçir. Biz Ukrayna hakimiyyətinin operativ reaksiyasını qiymətləndiririk”.

19:44

"Erməni terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanın dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi".

"Report" xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

Hikmət Hacıyev UNİCEF-ə və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına bununla bağlı müraciət edib.

Hikmət Hacıyev Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlərinin dayanmadığını da bildirib. “Ermənistanın Bərdənin kəndində hücumu nəticəsində yeniyetmə oğlan öldürülüb, Tərtər rayonunda daha bir dinc şəxs yaralanıb. Ermənistan tərəfindən öldürülmüş dinc sakinlərinin sayı artmağa davam edir”, - Hikmət Hacıyev digər paylaşımında yazıb.

Son xəbərlər

Orphus sistemi