Hikmət Hacıyev: "5 bölgəyə 229 mərmi atılıb"

Qarabağ
  • 19 oktyabr, 2020
  • 05:06
Hikmət Hacıyev: 5 bölgəyə 229 mərmi atılıb
Hikmət Hacıyev

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twiter" səhifəsində yazıb:

H.Hacıyev bildirib ki, 5 bölgəyə 229 mərmi atılıb:

“Tərtərə 160, Ağdama 63, Goranboya 6;

- 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;

- 1 dron hücumu“.

Son xəbərlər

Bütün Xəbər Lenti