Həsən Həsənovu öldürən ermənilərə cinayət işi açılıb

Həsən Həsənovu öldürən ermənilərə cinayət işi açılıb Onun işgəncələrlə qətlə yetirildiyi məlum olub
Qarabağ
30 Yanvar , 2015 12:18
Həsən Həsənovu öldürən ermənilərə cinayət işi açılıb

Onun işgəncələrlə qətlə yetirildiyi məlum olub

Bakı. 30 yanvar. REPORT.AZ/ "Keçən il iyulun 11-də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gedən Həsən Həsənovun işgəncələrlə qətlə yetirildiyi məlum olub". "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyinin sədri Anar Bağırov bildirib.

O deyib ki, H.Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, hazırda D.Əsgərov və Ş.Quliyev erməni girovluğundadır.

Son xəbərlər

Orphus sistemi