Gürcüstanlı bloqer: Ağdamda qısa müddətdə əsl möcüzə yaradılıb
- 03 sentyabr, 2026
- 16:54
Ağdam rayonunda qısa müddətdə əsl möcüzə yaradılıb.
Bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında rayona səfər edən gürcüstanlı bloqer Meliza Geladze deyib.
O, işğaldan azad olunduqdan sonra Ağdama ikinci dəfə səfər etdiyini vurğulayıb:
"Bura gürcü bloqerlər və jurnalistlərindən ibarət qrupla gəlmişəm. Biz Ağdamda ilk dəfə təxminən beş il əvvəl olmuşduq. İlk səfərimizdə Ağdamda yalnız yanmış torpaq, dağıdılmış evlərin qalıqları vardı. Hər şey məhv edilmişdi. Məscidin də nə vəziyyətdə olduğunu xatırlayıram. İndi isə çox təəccübləndim, hətta hissimi bu söz də tam ifadə etmir. Burada görülmüş bərpa işləri əsl möcüzədir. Yeni yollar çəkilib, genişmiqyaslı tikinti işləri həyata keçirilir, infrastruktur sürətlə bərpa edilir. Məscid də təmir olunub. Açığı, nə deyəcəyimi də bilmirəm... Həqiqətən, Azərbaycanın çox yaxşı hökuməti var. Əminəm ki, buralar cənnətə çevriləcək".