Gürcüstanın XİN başçısı: “Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları dərhal dayandırılmalıdır”

Gürcüstanın XİN başçısı: “Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları dərhal dayandırılmalıdır” “Gürcüstan Azərbaycan-Ermənistan sərhədindəki prosesləri fəal olaraq izləyir”.
Qarabağ
16 İyul , 2020 16:58
Gürcüstanın XİN başçısı: “Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları dərhal dayandırılmalıdır”
David Zalkaliani

“Gürcüstan Azərbaycan-Ermənistan sərhədindəki prosesləri fəal olaraq izləyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Birinci kanala” müsahibəsində deyib.

Nazir bildirib ki, sərhəddə döyüş əməliyyatları dərhal dayandırılmalı və tərəflər barışığa nail olmalıdırlar.

D.Zalkalianinin sözlərinə görə, Ermənistan və Azərbaycan hərbi əməliyyatlardan öncəki vəziyyətə qayıtmalıdır: “Gürcüstan qonşu ölkələr arasında gələcək eskalasiyada maraqlı deyil. Tərəflər iyulun 14-dək mövcud olan vəziyyətə qayıtmalıdır”.

XİN başçısı qeyd edib ki, ilk dəfədir münaqişə Dağlıq Qarabağdan kənarda – Ermənistan-Azərbaycan sərhədi yaxınlığında baş verir: “Beynəlxalq ictimaiyyətin bu prosesə fəal cəlb olunması, ilk növbədə, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin aktivləşdirilməsi və münaqişənin həlli üçün əsas olan bütün beynəlxalq mexanizmlərin işə salınması tələb olunur”.

Son xəbərlər

Orphus sistemi