Gürcüstan və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıb

Gürcüstan və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıb Nalbandyan: "Problemin yalnız sülh yolu ilə həll ediləcəyinə dair fikirlərimiz üst-üstə düşdü"
Qarabağ
120
1 Avqust , 2016 16:13
Gürcüstan və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıb

Bakı. 1 avqust. REPORT.AZ/ Ermənistan xarici işlər naziri Edvard Nalbandyan gürcüstanlı həmkarı Mixail Janelidze ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyəti müzakirə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, XİN başçılarının görüşü E.Nalbandyanın Gürcüstana səfəri çərçivəsində baş tutub.

Nazirlər Azərbaycan və Ermənistan prezidentləri arasında Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələri ilə bağlı müzakirə aparıblar.

"Problemin yalnız sülh yolu ilə həll ediləcəyinə dair fikirlərimiz üst-üstə düşdü", - deyə E.Nalbandyan bildirib.

Son xəbərlər

Orphus sistemi