Gürcüstan nümayəndələri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb
- 14 aprel, 2022
- 14:39
Gürcüstanın görkəmli mədəniyyət xadimləri, türkoloqları, ekoloqları Bakıya gəlib.
“Report” xəbər verir ki, qonaqlar Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə görüşüblər.
Gürcüstan nümayəndələri Qarabağ bölgəsində 30 illik işğal dövründə ermənilər tərəfindən mədəniyyət abidələrimizə qarşı törədilmiş barbarlıqlar, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş torpaqlarımızda görülən bərpa işləri barədə məlumatlandırılıb.
Mədəniyyət nazirinin müavini S.Məmmədəliyeva bu il Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğunu xatırladıb: “Ölkələrimiz arasında tarixən yaxın dostluq münasibətləri yaranıb”.
Aprelin 17-dək davam edəcək səfər çərçivəsində gürcüstanlı qonaqlar Gəncə, Füzuli, Ağdam, Cəbrayıl, həmçinin 2023-cü il türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşaya də baş çəkəcəklər.